İsrail bunu etsə, İordaniya müharibəyə qoşulacaq

İsrail bunu etsə, İordaniya müharibəyə qoşulacaq

Fələstinliləri Qəzza zolağından və ya İordan çayının qərb sahilindən çıxarmaq cəhdi İordaniya üçün qırmızı xəttdir.

AzerTimes xəbər verir ki, bunu krallığın Baş naziri Bişer əl-Xasavnə deyib.

“İordaniya hökuməti fələstinlilərin öz ərazilərindən çıxarılmasını müharibə elanı kimi nəzərdən keçirəcək. İsrailin Qəzzada təcavüzünün artmasına cavab vermək üçün bütün variantlar masadadır”, – o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Fələstin anklavında cinayətkar hərbi əməliyyatların davam etdirilməsi beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir.

Teqlər: