İsrail buna görə vurur, tədbir görməliyik – Pajfitrət

İsrail buna görə vurur, tədbir görməliyik – Pajfitrət

İsrail Suriyada keçirdiyimiz iclaslar barədə əvvəlcədən məlumatlı olur.

AzerTimes xəbər verir ki, bunu İran parlamentinin üzvü Əlirza Pajfitrət deyib.

O bildirib ki, bu səbəbdən kadrların həyatını qorumaq məqsədi ilə iclaslar başqa ölkələrdə keçirilməlidir:

“Təəssüflər olsun ki, biz bir sıra təcrübəli hərbi qüvvələrimizi itirdik və bu məsələ İslam İnqilabı Keşikçiləri Korpusunu kadrlarının itirilməsinin qarşısını almaq üçün lazımi tədbirlər almağı tələb edir”, – parlament üzvü vurğulayıb.

Qeyd edək ki, ötən gün İsrailin müdafiə ordusunun Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə nəticəsində 7 SEPAH komandiri həlak olub.

Teqlər: