İsrail hərbçiləri Qəzzadakı “Ər-Rantisi” uşaq xəstəxanasına hücum etməyə hazırlaşır və tibb müəssisəsinin rəhbərliyindən binanı boşaltmağı istəyib.
AzerTimes xəbər verir ki, bu barədə xəstəxananın həkimlərindən biri “Əl Cəzirə” telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda xəstəxanada azı 70 uşağın həyatı gözlənilən zərbə səbəbindən təhlükə altındadır.
Fələstin Səhiyyə Nazirliyi beynəlxalq ictimaiyyəti xəstəxanaya hücumun qarşısını almaq üçün mümkün qədər tez müdaxilə etməyə çağırıb.
İsrail ordusundan məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.