İsrail hökuməti səs-küy və hava çirkliliyini azaltmaq üçün Boinq 747 və digər dörd mühərrikli təyyarələrin uçuşuna qadağa qoyub.
AzerTimes xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Qadağaların 2023-cü ilin martın 31-də qüvvəyə minəcəyi bildirilir.
Bu tip təyyarələrin uçuşuna yalnız xüsusi hallarda icazə veriləcəyi bildirilib.