İsrail Müdafiə Nazirliyi ölkənin cənubunda yerləşən və Fələstinin HƏMAS radikal hərəkatının atəşi altında olan Sderot şəhərinin sakinlərinin təxliyəsi planını təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə nazirliyin X sosial şəbəkəsindəki səhifəsində deyilir.
Nazirlik Sderot sakinlərinə şəhərdən kənarda yerləşən və dövlət tərəfindən təmin edilən qonaq evlərində qalmağa imkan verəcək milli təşəbbüsün başladığını elan edib. Proqram İsrailin müdafiə naziri Yoav Qallant tərəfindən təsdiqlənib və dünən axşam Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, İsrail Baş naziri Aparatı nümayəndələri arasında keçirilən görüşdə razılaşdırılıb.
Bütün bu departamentlər evakuasiya proqramını birgə maliyyələşdirəcəklər.