İsrail Hizbullah və HƏMAS-dan ələ keçirdiyi Rusiya istehsalı silahları tezliklə Ukraynaya verə bilər.
AzerTimes xəbər verir ki, bu barədə TPS-İL məlumat yayıb.
Məlumata görə, bununla bağlı qanun layihəsi İsrail parlamentində müzakrə olunur.
Məlumata görə, ələ keçirilən Rusiya istehsalı silahlar arasında “Kornet” tank əleyhinə idarəolunan raketlər, “Strela” daşınan zenit-raket kompleksləri, “Metis-M” tank əleyhinə komplekslər, MRO-A odsaçanları, “Kalaşnikov” avtomatları var.