İsrail bu ölkədə böyük əməliyyata hazırlaşır

İsrail bu ölkədə böyük əməliyyata hazırlaşır

İsrail ordusu Livanın cənubunda Hizbullahı sərhəddən qovmaq üçün əməliyyat keçirə bilər.

Axara.z xəbər verir ki, bu barədə “National” hər iki ölkənin silahlı qüvvələri və təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadla məlumat yayıb.

Mənbələrdən biri nəşrə açıqlamasında deyib ki, ölkənin şimalında evlərini tərk edən israillilərin əksəriyyəti Hizbullah təhlükəsi keçməyənə qədər qayıtmaq istəmir:

“Bu vəziyyət İsrail ordusuna və hökumətinə böyük təzyiq göstərə bilər. Bu, həm də növbəti böyük müharibə deməkdir”.

Qeyd olunub ki, İsrail ordusunun əsas hədəfi Hizbullahı sərhəddən 10-15 km geri çəkməkdir.

Teqlər: