İsrail britaniyalı deputatları ölkəyə buraxmadı

İsrail britaniyalı deputatları ölkəyə buraxmadı

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi İsrail hakimiyyətini iki Leyborist deputatın ölkəyə buraxmaması və onları saxlamasına görə tənqid edib.

AzerTimes xəbər verir ki, bu barədə “BBC Nyus” məlumat yayıb.

“Mən İsrail hökumətindəki həmkarlarıma açıq şəkildə bildirdim ki, britaniyalı deputatlara bu cür yanaşmaq olmaz”, – Lemmi bildirib.

Nazir İsrailin bu addımını qəbuledilməz və “dərin narahatlıq doğuran” adlandırıb.

Qeyd edək ki, britaniyalı deputatlar Abtisam Məhəmməd və Yuan Yan İsrailə qarşı “nifrət nitqi” yaymaq niyyətində olduqları iddiası ilə ölkəyə buraxılmayıblar.

Teqlər: