2023-cü il martın 31-dən İsrail səs-küy və hava çirkliliyini azaltmaq üçün “Boinq 747” və oxşar dörd mühərrikli təyyarələrin uçuşlarına qadağa qoyacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Məhdudiyyət əsasən yük təyyarələrinə aiddir. Çünki əksər daşıyıcılar İsrailə gedən marşrutlarda “Boinq 747” və digər dörd mühərrikli təyyarələrdən istifadə etməyi dayandırıb. İsrailin “El A” hava yolu şirkəti artıq “747”ləri parkından çıxarıb və uzun məsafəli marşrutlarda ikimühərrikli “Boinq 777” və “787”lərdən istifadə edir. Dörd mühərrikli təyyarələrin istismarına müstəsna hallarda yalnız xüsusi icazə ilə icazə veriləcək”, – məlumatda deyilir.