İsrail BMT-dən üzr istəməsini tələb etdi

İsrail BMT-dən üzr istəməsini tələb etdi

İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilard Erdan çıxışı edərkən deyib.

“Çoxunuz siyasi səbəblərdən dolayı HƏMAS-ı terror təşkilatı kimi tanımaq istəmirsiniz. Bu, faktları dəyişmir: HƏMAS imkan olduqca şüurlu şəkildə mülki əhaliyə hücum edir, uşaqları öldürür. Bu səbəbdən HƏMAS İŞİD-dən fərqlənməyən terror təşkilatıdır. HƏMAS dialoqa inanmır, dialoq istəmir, siyasi həlldə maraqlı deyil; HƏMAS yalnız yəhudilərin yox edilməsi və yəhudi dövlətinin məhv edilməsinə inanır. Heç nə belə soyqırımı ideologiyasını dəyişə bilməz. HƏMAS heç beynəlxalq hüququn varlığını tanımır. Əgər “iki dövlət” çözümü və beynəlxalq hüquq haqqında danışırsınızsa, xərçəngin müalicəsinin yalnız bir həlli var – bu hər xərçəng hüceyrəsinin məhv edilməsidir: İŞİD və “Əl-Qaidə” ilə edildiyi kimi – tam zərərsizləşdirilmə”, – Erdan qeyd edib.

Eyni zamanda, səfir HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumun soyqırımı cəhdi olduğunu vurğulayaraq, BMT TŞ-nin diqqət ayırmadığını bildirib.

Teqlər: