İsrail BMT-dən qisas alır: viza verməyəcək

İsrail BMT-dən qisas alır: viza verməyəcək

Baş katib Antonio Quterreşin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyinə görə İsrail BMT nümayəndələrinə viza verməkdən imtina edəcək.

AzerTimes xəbər verir ki, bunu İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib.

“Quterreşin bəyanatlarına görə biz BMT nümayəndələrinə viza verməkdən imtina edəcəyik”, – Erdan bildirib.

Qeyd edək ki, BMT Baş katibi Quterreş Fələstin xalqının 56 ildir işğala məruz qaldığını, didərgin salındığını, evlərinin söküldüyünü, siyasi həllə ümidi kəsildiyini və HƏMAS-ın hücumlarına bunların səbəb olduğunu deyib.

Teqlər: