İsrailin xarici işlər naziri İsrail Katz BMT-nin baş katibi Antonio Quterreşi “persona non-qrata” elan edərək, ölkəyə girişini qadağan edib.
AzerTimes xəbər verir ki, bu barədə “İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İranın İsrailə qarşı alçaldıcı hücumunu birmənalı şəkildə qınamayan hər kəs İsrail torpağına ayaq basmaq haqqına layiq deyil. Söhbət İsrailə nifrət edən, terrorçuları, təcavüzkarları, qatilləri dəstəkləyən baş katibdən gedir. Quterreş BMT-nin reputasiyasında həmişəlik ləkə kimi qalacaq”, – məlumatda qeyd olunub.