İsrail hakimiyyəti ABŞ-a İranın nüvə infrastrukturuna zərbə endirməyəcəkləri ilə bağlı zəmanət verməyib.
AzerTimes xəbər verir ki, bu barədə CNN Dövlət Departamentinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
“Biz müdrikliyin və gücün təzahürünə ümid edirik, lakin başa düşdüyünüz kimi, heç bir təminat yoxdur”, – o bildirib.
ABŞ rəsmisi İsrailin İrana zərbə üçün məhz 7 oktyabr tarixini – HƏMAS-ın İsrailə hücumunun ildönümünü seçib-seçmədiyi haqda da məlumatsız olduğunu vurğulayıb.