Humanitar fasilə bitdikdən sonra İsrailin yenidən başlayan bombardmanları nəticəsində Qəzza zolağının 178 sakini həlak olub.
AzerTimes xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb.
Eyni zamanda, bildirilib ki, 589 nəfər xəsarət alıb, yaralıların əksəriyyəti qadın və yeniyetmələrdir.
Qeyd edək ki, Tel-Əviv və HƏMAS atəşkəsi daha bir gün uzatmağa razılaşıblar. Lakin dekabrın 1-i səhər saatlarında döyüşlər yenidən başlayıb.