İsrail ordusu Beyruta yenidən zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb.
Bildirilib ki, hava hücumu nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
İsrail mənbələri isə hücumun məqsədinin Hizbullahın raket bölməsinin komandirini zərərsizləşdirmək olduğunu bildirib.