İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi cənub istiqamətində müharibənin davam etdirilməsi planlarını təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Halevi Cənub Komandanlığının qərargahında vəziyyəti qiymətləndirmək və müharibənin davam etdirilməsi planlarını təsdiqləmək üçün toplantı keçirib.
Orada Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman və komandanlığın digər zabitləri iştirak ediblər.
Görüşün nəticələri ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.