İsrail baş naziri Misirə getməkdən imtina etdi

İsrail baş naziri Misirə getməkdən imtina etdi

İsrail Baş naziri Yair Lapid Misirin Şarm əş-Şeyx şəhərində keçiriləcək iqlim sammitində iştirakdan imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə KAN televiziyası məlumat yayıb.

“Seçkilərin nəticələri məlum olduqdan sonra Baş nazir Lapid gələn həftə Şarm əl-Şeyxdə keçiriləcək iqlim konfransına səfərini ləğv etdi”, – televiziya qeyd edib.

Qeyd olunub ki, konfransda İsrail nümayəndə heyətinə Prezident İshaq Hersoq rəhbərlik edəcək.

Teqlər: