Almaniyanın Münhen şəhərindəki İsrail Baş Konsulluğu yaxınlığında atəş səsləri eşidilib.
AzerTimes xəbər verir ki, bu barədə şəhər polis idarəsi bildirib.
“Hazırda Brinnerştasse və Karolinenplatz bölgələrində böyük əməliyyat aparılır. Hadisə yerinə çoxlu təcili yardım xidmətinin əməkdaşları cəlb olunub”, – idarənin sosial media hesabındakı paylaşımında deyilib.
Qeyd edək, bu gün 1972-ci il Münhen Olimpiadası zamanı silahlı şəxslərin 11 israilli idmançını güllələyərək öldürdüyü terror aktının 52-ci ildönümüdür.