İsrailin son hava hücumunun ssenarisi 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun istifadə etdiyi taktika ilə oxşardır.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Ovannisyan yazıb.
O, İsrailin Azərbaycan Ordusunun məşhur “kukuruznik əməliyyatı”ndan istifadə etdiyini bildirib:
“Belə ki, İsrail İranın hava hücumundan müdafiə sistemlərinin yerlərini müəyyən etmək üçün çoxlu sayda PUA buraxıb. Onları hava hücumundan müdafiə sistemləri üçün nəzərəçarpan məsafəyə çatdırıb ki, vurulsun və beləcə HHM-lərin yeri bilinsin”.
Ovannisyan iddia edib ki, İran Silahlı Qüvvələri həmin ssenarini anlayıb və tələyə düşməyib.
Qeyd edək ki, İsrailin son hücumu nəticəsində İranın Rusiyadan aldığı bütün S-300 raket komplekslərini məhv edildiyini dünyanın bir neçə nüfuzlu mediası da yazıb.
Xatırladaq ki, Vətən müharibəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, “kukruznik” kimi tanınan AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirilib. Düşmənin bu təyyarələri vurması nəticəsində onun hava hücumundan müdafiə sistemlərinin yeri bəlli olub və Ordumuz bu texnikaları sıradan çıxarıb.