İsrail Hərbi Hava Qüvvələri ehtiyatda olan yüzlərlə israillini ölkəyə gətirmək üçün Avropaya təyyarələr göndərib.
AzerTimes xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat ayyıb.
Məlumata görə, daşımalarda “Herkules” təyyarələri iştirak edir.
“Bundan başqa, təyyarələr bütün Avropada olan yüzlərlə İsrail hərbçisini də ölkəyə gətirir. Hərbçilər bildirirlər ki, C-130 və C-130J ağır nəqliyyat təyyarələri xidmətdə olmayan əsgərləri də İsrailə daşımaq üçün müxtəlif Avropa ölkələrinə göndərilib”, – məlumatda qeyd olunub.
Əməliyyatın İsrail XİN-in razılığı əsasında həyata keçirildiyi bildirilib.