İsrailin danışıqlar qrupu HƏMAS ilə atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın mümkün irəliləyişinə dair “ehtiyatlı nikbinlik” ifadə edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.
“Qrup baş nazirə çatdırıb ki, danışıqların İsrail üçün məqbul olan komponentləri ehtiva edən yenilənmiş Amerika təklifi əsasında irəliləyəcəyinə ehtiyatlı nikbinlik var”, – o bildirib.