Ötən həftə HƏMAS-ın yüksək rütbəli lideri Saleh əl-Aruri öldürülüb. Cəmi 24 saat əvvəl Hizbullah şiə təşkilatının “Rizvan” bölməsinin komandiri Hac Cavad ət-Tavil öldürülüb. İndi isə onun dəfn mərasimi zamanı zərbələr endirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, birinci zərbə zamanı bir nəfər ölüb, növbəti zərbə isə üç nəfərin ölümünə səbəb olub.
“Hizbullahın səhra komandirlərinə qarşı bu zərbələr Livan ərazisində həyata keçirilib. Buna cavab olaraq Hizbullah İsrail ərazisinin 40 km dərinliyinə zərbə endirib”, – məlumatda qeyd edilib.