HƏMAS-la Qəzzada atəşkəslə bağlı razılıq əldə olunarsa, İsrail 800-ə yaxın fələstinli girovu mübadilə yolu ilə azad edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” ABŞ-ın yüksək rütbəli rəsmisinə istinadən yazıb.
Məlumata görə, HƏMAS-ın girovluğunda olan israillilərin müqabilində ömürlük həbs cəzası çəkənlər də daxil olmaqla 800 fələstinli azad ediləcək.
Birinci mərhələdə 18-32 nəfərin azad ediləcəyi gözlənilir.