İsrail ABŞ-ın təzyiqi ilə Ukraynaya yardım edib – İddia

İsrail ABŞ-ın təzyiqi ilə Ukraynaya yardım edib – İddia

İsrail ABŞ-ın təzyiqi altında Ukrayna üçün bəzi strateji materiallar almaq üçün milyonlarla dollar xərcləyib.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

“ABŞ-ın təzyiqi altında İsrail bu yaxınlarda Ukraynadakı müharibə ilə bağlı strateji material alışı üçün milyonlarla dollar xərcləməyə razılaşıb”, – nəşr yazır.

Məlumata görə, bu qərar ABŞ Prezidenti Co Baydenin administrasiyasının İsraildən yalnız humanitar yardımlarla məhdudlaşmağı dayandırmağı, hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, Kiyevə yardımı genişləndirməyi tələb etdikdən sonra qəbul edilib.

Teqlər: