Davam edən hərbin səylərin dəstəklənməsi üçün İsrail Vaşinqtondan 8,7 milyard dollarlıq yardım paketi alacaq.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İsrailin Müdafiə Nazirliyinin Baş direktoru Eyal Zamir Vaşinqtonda İsrailin davam edən hərbi səylərinin dəstəklənməsi üçün ABŞ-ın 8,7 milyard dollar dəyərində əhəmiyyətli yardım paketi ilə bağlı danışıqları yekunlaşdırıb”, – bəyanatda deyilir.