İsrail Qəzza zolağında əməliyyatlar zamanı həbs edilən 71 fələstinlini azad edib.
AzerTimes xəbər verir ki, bu barədə Qəzza zolağındakı Sərhəd Keçidləri Baş İdarəsi məlumat yayıb.
“İsrail bu gün Kerem-Şalom keçidi vasitəsilə Qəzzanın müxtəlif bölgələrində həbs edilmiş 71 məhbusu azad edib. Onlardan 19-u qadındır”, – məlumatda qeyd olunub.