İsrail Müdafiə Qüvvələri yaxın 48 saat ərzində Qəzza şəhərində döyüşlərə başlamağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinin qiymətləndirmələrinə görə, Qəzza zolağındakı qüvvələr 48 saat ərzində şəhəri tamamilə mühasirəyə alacaq və əhalinin sıx olduğu yerlərdə döyüşlərə başlayacaq”, – nəşr qeyd edib.