İsrail ordusu şəhər, qəsəbə və kəndlərdə 347 yerli özünümüdafiə bölməsi yaratmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.
Məlumata görə, sakinlər kütləvi şəkildə yeni birləşmələrə yazılır.
Qeyd olunub ki, bu birliklər İsrail ordusunun strukturuna daxil ediləcək və arxa cəbhə komandanlığına tabe olacaq. Könüllülərə lazımi avadanlıq və odlu silah verilir, həmçinin xüsusi təlim keçirlər.
Nəşr bildirib ki, əvvəllər özünümüdafiə bölmələri ancaq Qəzza ilə sərhəddə yaradılırdı, lakin HƏMAS-ın hücumundan sonra ölkənin digər bölgələrindəki yaşayış məntəqələri də bu təşəbbüsə qoşulub:
“Son həftədə 17 belə yeni bölmə yaradılıb. Könüllülər arasında orduda xidmət təcrübəsi olanlar, istefada olan polislər də var. Yeni birləşmələr polisə və İsrail ordusunun bölmələrinə kömək edəcək”.