İsrail 20 ağır yaralı ukraynalı əsgəri müalicə üçün qəbul edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri İsrailin Kiyevdəki səfiri Mixail Brodski deyib.
“İsrail döyüş əməliyyatları zamanı ağır yaralanan 20 ukraynalı hərbçini müalicə üçün qəbul edəcək. Yaralıların çatdırılması İsrailin Ukraynadakı səfirliyi, MASHAV mərkəzi və İsrail Səhiyyə Nazirliyi tərəfindən Ukrayna Səhiyyə Nazirliyinin iştirakı ilə həyata keçirilir. “, – İsrail səfiri bildirib.