İsrail 1947-ci ildə nə etdisə, indi də onu edir, heç nə dəyişməyib.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Məsələ bundadır ki, haqqın, ədalətin tərəfində olanlar İsrailin davranışlarına qarşı əl-ələ versinlər və Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi qərarı hər kəs dəstəkləsin. Bu zülmə son qoymaq üçün ABŞ rəhbərliyi İsrailə təzyiq göstərməli, qatil Netanyahu və ətrafına verdiyi dəstəyi geri götürməlidir”, – Ərdoğan bildirib.