İsrail 15 ildir bu əməliyyata hazırlaşırmış

İsrail 15 ildir bu əməliyyata hazırlaşırmış

İsrail 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq üçün əməliyyat planlaşdırırmış.

AzerTimes xəbər verir ki, bu barədə ABC kanalı mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, bunun üçün İsrail peycerlərin istehsalı ilə əlaqəli olduğu iddia edilən bir neçə şirkət yaradıb. Üstəlik, bu müəssisələrin bəzi işçiləri əslində kimin üçün işlədiklərini belə bilməyib.

Mənbələr onu da bildiriblər ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu cür əməliyyatları mülki şəxslər üçün çox təhlükəli hesab edir və buna görə də öz fəaliyyətində bu cür taktikalardan imtina edir.

Qeyd edək ki, “Nyu York Tayms” nəşri də İsrailin uzun müddətdir Livanda peycerləri partlatmaq üçün mürəkkəb əməliyyat hazırladığını və içərisində partlayıcı maddələr olan rabitə vasitələrinin istehsalı üçün şirkət yaratdığını yazmışdı.

Xatırladaq ki, Livanda 17 sentyabrda peycerlərin, 18 sentyabrda isə mobil telefon, noutbukların partladılması nəticəsində ümumilikdə 32 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.

Teqlər: