İsrail 114 fələstinlini azad etdi

İsrail 114 fələstinlini azad etdi

İsrail hakimiyyəti həbsdə olan 114 fələstinlini, o cümlədən 4 qadını azad edib.

AzerTimes xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, fələstinlilər İsrailin Qəzza zolağı ilə sərhəddə yerləşən “Kerem Şalom” keçid məntəqəsindən buraxılıblar.

Qeyd edək ki, bu şəxslərin mövcud münaqişə tərəfləri arasında ilkin razılaşmalar çərçivəsində azad edilib-edilmədiyi məlum deyil.

Teqlər: