İspaniyanın Valladolid Universiteti müəllim heyəti üçün sənəd qəbulu elan edir

Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində İspaniya Krallığının Valladolid universiteti tələbə-müəllim mübadiləsininin həyata keçirilməsi üçün sənəd qəbuluna başladı. Qeyd etmək lazımdır ki, Mingəçevir Dövlət Universiteti İspaniya Krallığının Valladolid universiteti ilə Erasmus+ proqramı çərçivəsində müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi üzrə ikili saziş bağlamışdır. Proqram çərçivəsində 2021/2022-ci tədris ili üçün (2022-ci ilin fevral-iyul ayları) əməkdaş mübadiləsi həyata keçiriləcəkdir. Proqram çərçivəsində akademik və inzibati heyət 5 gün müddətində Valladolid Universitetində təlimlərdə və pedoqoji fəaliyyətlərdə iştirak edə bilərlər. Universitetdə tədris ispan və ingilis dilində aparılır. Mübadilə ilə bağlı bütün xərclər Erasmus+ təqaüdü hesabına ödəniləcəkdir. Proqramda iştirak etmək istəyən əməkdaşlardan ingilis və ya ispan dillərini C1 səviyyəsində bilməsi tələb olunur.

Təqaüd üçün aşağıda verilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

https://uvamobplus.uva.es/publico/inicio

Teqlər: