“Cessna” markalı yüngülmotorlu təyyarə Baltik dənizinə düşüb.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, İspaniyadan qalxan təyyarə Kölnə enməli idi. Lakin uçuş zamanı təyyarə problem yaranmağa başlayıb, bir müddət sonra isə onunla əlaqə kəsilib.
Nəşr bildirib ki, hadisə ilə bağlı olaraq, Fransa və İspaniya qırıcıları havaya qaldırılıb. İsveçin sahil mühafisəzi təyyarənin axtarışlarına başlayıb.
Təyyarədə 4 nəfərin olduğu bildirilir.