İspaniyadan Bakıya qarşı şok qərar

İspaniyadan Bakıya qarşı şok qərar

İspaniya parlamentinin aşağı palatası (Konqres) Azərbaycanla bağlanan beynəlxalq sazişi ratifikasiya etməyib.

AzerTimes xəbər verir ki, bu barədə “El Confidencial” nəşri məlumat yayıb.

“Deputatların əksəriyyəti Azərbaycanın təcavüzü ilə (? – red.) üzləşmiş erməni xalqı ilə həmrəy olaraq bu rejimlə məxfi informasiya haqqında razılaşmanın əleyhinə səs verib”, – parlamentin deputatı Con İnyarritu bildirib.

Parlamentin 174 deputatı sənədin əleyhinə, 132-si isə lehinə səs verib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Madriddə imzalanmış saziş Azərbaycanla məxfi məlumatların mübadiləsini və bu məlumatların mühafizəsini nəzərdə tutur.

Praktikada beynəlxalq razılaşmanın parlament tərəfindən təsdiqlənməməsi nadir hallarda rast gəlinən olaydır. Ən qəribəsi isə odur ki, belə bir qərarı İspaniya parlamenti verir.

Kataloniya müstəqilliyini elan etdikdən sonra onlara qarşı “hüquqi prosedura” başlayan və bu addımı ölkənin ərazi bütövlüyünə qarşı separatizm adlandıran məhz İspaniyadır. İspaniya Kataloniya rəhbəri Karlos Puçtemonunölkədən qaçandan sonra həbsinə və mühakimə edilməsinə də nail oldu.

Ancaq 30 ilə yaxın Qarabağdakı bir ovuc separatçının Azərbaycanın ərazi bütövlüyünə qəsdini, azərbaycanlılara qarşı soyqırımı, BMT Nizamnaməsini və qətnamələrini ayaq altına atmasını “diqqətdən qaçıran” İspaniya Azərbaycanın ərazi bütövlüyünə şübhə altına alır və açıq şəkildə “ermənilərlə həmrəylik nümayiş etdirdiyini” elan edir.

Teqlər: