İspaniyada 10 yaşa qədər uşaqlarda naməlum mənşəli ağır kəskin
hepatit aşkar edilib.
Trend-in
məlumatına görə, bu barədə Madrid əyalətinin Səhiyyə departamenti
bildirib.
Qeyd olunur ki, bu xəstəlik iki yaşdan yeddi yaşadək üç uşaqda
müşahidə olunub. Onlardan birinə qaraciyər köçürmək tələb
olunub.
Aparılan ilkin araşdırmalar A, B, C, D və E hepatit viruslarını
istisna edib. Bundan başqa, xəstəliyin COVID-19-a yoluxma və ya
vaksinasiya ilə əlaqəli olmadığı müəyyən edilib.