İspaniyada təhsil alacaq tələbələr müəyyənləşib (FOTO)

Qərbi Kaspi Universiteti tərəfindən növbəti semesterdə Erasmus+ təqaüdü ilə İspaniyanın Kastilyo Dizayn Məktəbində təhsilini davam etdirəcək tələbələrin müəyyən olunması üçün elan olunan açıq müsabiqə başa çatıb.

Seçim mərhələsində qaliblərin müəyyən edilməsində seçim komitəsi tərəfindən 3 meyar – tələbələrin akademik göstəriciləri, ingilis dili bilikləri və sosial fəallığı əsas götürülüb.

Müsabiqədə dizayn ixtisası üzrə təhsil alan tələbələr – Sevinc Süleymanova və Aminə Hüseynova qalib seçilib. Hər iki tələbə 2021/22-ci akademik ilinin qış semesterini Erasmus+ proqramı çərçivəsində İspaniyanın Kastilyo Dizayn Məktəbində keçirəcək.


Təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbələrə yaşayış xərclərini qarşılamaq üçün 840 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də Erasmus+ proqram tərəfindən qarşılanacaq.

Teqlər: