İspaniyada güclü leysan və daşqınlar nəticəsində ölənlərin sayı 140-a çatıb.
AzerTimes xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, İspaniya hökuməti təbii fəlakət qurbanları üçün üç günlük rəsmi matəm elan edib.
Daşqınlar İspaniyanın şərqində ən çox zərər çəkmiş bölgə olan Valensiyada yol infrastrukturuna ciddi ziyan vurub, nəticədə 60-dan çox yol bağlanıb.