İspaniyada Rusiyaya qarşı mübarizədə Ukraynaya kömək edən dövlət qurumlarının saytlarına və kritik infrastruktura hücumlarda şübhəli bilinən üç nəfər saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, hakerlər Mayorka, Huelva və Sevilyada yaxalanıblar.
Hesab olunur ki, hakerlər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra aktiv fəaliyyətə başlayan NoName057(16) haktivist qrupunun üzvləridir. Qrup öz manifestində Qərb rusofoblarının düşmənçilik və açıq-aşkar antirusiya hərəkətlərinə güzgü effekti şəklində reaksiya verəcəyini vəd edir.