İspaniyanın hüquq-mühafizə orqanları Menorka adasında İngiltərənin “Mançester Yunayted” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldunun şəxsi təyyarəsini saxlayıb.
AzerTimes xəbər verir ki, buna səbəb kimi futbolçunun cangüdəninin qalmaqal yaratması göstərilib.
Məlumata görə, metal detektordan keçərkən çox uzun müddət yoxlanılma mühafizəçinin xoşuna gəlməyib. Bundan sonra o, söyüş söyməyə, əl-qol hərəkətləri etməyə başlayıb. Nəticədə hava limanının mühafizəsi polis çağırıb. Bu da təyyarənin yarım saat gecikmə ilə havaya qalxmasına səbəb olub.