İspaniyada püskürən vulkanın vurduğu ziyanın məbləği açıqlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İspaniyanın Palma adasında bir neçə gün əvvəl baş vermiş vulkan püskürməsinin vurduğu maddi ziyan 400 milyard dollardan çoxdur.

Trend-in məlumatına görə, bunu Kanar adaları muxtar əyalətinin hökumət başçısı Anxel Viktor Torres deyib.

O bildirib ki, Palma adası hazırda fəlakət zonası elan olunub. İki gün sonra İspaniya kralı 6-cı Filippiin bölgəyə baş çəkməsi gözlənilir.


Qeyd olunur ki, hazırda vulkanın püskürdüyü lava kütləsi saatda 200 kilometr sürətlə sahilə doğru irəliləyir.

Xatırladaq ki, Palma adasında vulkan psükürməsi sentyabrın 19-da başlayıb. Hadisə nəticəsinə bölgədə 150-dən çox ev dağılıb, 6 minə yaxın sakin təxliyə olunub.