Xəbər - Orxan Nəbiyev – Trend:
İspaniyanın Kanar arxipelaqındakı Palma adasında püskürən vulkan 33 gün ərzində 2 185 tikilinin dağılmasına səbəb olub.
Trend-in məlumatına görə, hazırda daha 76 evin təhlükə altında olduğu deyilir.
Qeyd olunur ki, sentyabrın 19-dan püskürməyə başlayan vulkanın lavaları 866 hektarlıq ərazini əhatə edib.
Təkcə son sutka ərzində 1 200 nəfər yaşadığı yerlərdən təxliyə olunub.
Mütəxəssislər lavanın yaxın müddətdə sönəcəyinin gözlənmədiyini bildirib.