İspaniyanın Alikante şəhərinin hava limanında “Renault Clio”
minik avtomobili “Boeing” sərnişin təyyarəsinə çırpılıb.
Trend xəbər verir ki, “Boeing 737-800” sərnişin təyyarəsinə
çırpılan avtomobil hava limanının xidməti avtomobili olub və
avtomomibilin sükanı arxasından insan olmayıb.
Sürücü avtomobildən düşüb və dayanacaq əyləcini basmağı unudub,
nəticədə avtomobil önə gedərək təyyarəninin gövdəsinə dəyib.
Təyyarəyə ciddi zərər dəyməsədə, əlavə yoxlamaya görə uçuş 1,5
saat gecikib.