İspaniyanın cənub-şərqində yerləşən gecə klublarından birində baş verən yanğında 13 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yanğının gecə klubundakı işıq lampalarının birində yaranan qısaqapanmadan başlaya biləcəyi ehtimal edilir.
Mursiyada baş verən faciəli hadisə ilə əlaqədar 3 günlük matəm elan edilib.