İspaniyada koronavirusun EG.5 omikron ştammına 120 nəfər yoluxub.
AzerTimes xəbər verir ki, bu barədə “El Perodiko” nəşri məlumat yayıb.
Məlumata görə, 50-dən çox yoluxma Kataloniyada qeydə alınıb. Bu reginoda yeni ştamma ilk yoluxma iyunun 8-də baş verib.
Qeyd olunub ki, hazırda İspaniyada kovidə yoluxma hallarında artım yaşanır. Əgər iyulun əvvəlində əhalinin hər 100 min nəfərinə 29 yoluxma hadisəsi qeydə alınırdısa, hazırda bu rəqəm 90 nəfər təşkil edir.