İspaniyada hökm sürən anomal istilər səbəbindən altı gündə 360 nəfər həyatını itirib.
AzerTimes xəbər verir ki, Krallığın Səhiyyə Nazirliyinin məlumatına görə, həddindən artıq isti hava iyunun 10-dan 15-dək 360 nəfərin ölümünə səbəb olub. Ən çox ölüm halı cümə günü qeydə alınıb -123 nəfər.
İspaniya dövlət meteorologiya agentliyi regionların əksəriyyətində hava təhlükəsinin səviyyəsini sarı (təhlükə) və narıncıyadək (yüksək təhlükə) qaldırıb. Ayrı-ayrı əyalətlərdə isə qırmızı – fövqəladə təhlükə səviyyəsi elan olunub. Yaxın günlərdə havanın temperaturunun 45 dərəcəyə çatacağı proqnozlaşdırılır.