Xəbər - Orxan Nəbiyev – Trend:
İspaniya Konstitusiya Məhkəməsi paytaxt Madriddə 8 Martla əlaqədar aksiyaların keçirilməsini qadağan edib.
AzerTimes-ın məlumatına görə, bu barədə məhkəmənin qərarında deyilir.
Ötən həftə həmkarlar təşkilatları mitinq üçün müraciət etsələr də, Madrid şəhər məhkəməsi, daha sonra Madrid Yüksək məhkəməsi aksiyanı qadağan edib. Ölkənin Konstitusiya məhkəməsi həmin qərarı qanuni hesab edib.
Qeyd edək ki, Madrid şəhəri İspaniyada koronavirus pandemiyasından ən çox əziyyət çəkən regiondur. Paytaxtda hər 100 min nəfərə yoluxanların sayı 245 nəfər təşkil edir.