İspaniyada 60 yaşdan yuxarı insanlara peyvəndin üçüncü dozası vurulucaq

İspaniya hakimiyyəti COVID-19-a qarşı peyvəndin üçüncü – “buster” dozasını ala biləcək şəxslərin siyahısına 60 yaşdan yuxarı şəxslərin və tibb işçilərini elavə edib.

AzerTimes-ın məlumatına görə, bu barədə İspaniya Baş naziri Pedro Sançes bildirib.

Baş nazir deyib: “Peyvəndlər üzrə komitəsinin iclası indicə başa çatıb və qərara alınıb ki, peyvəndlərin üçüncü dozası tibbi və tibbi-sosial sahənin mütəxəssislərinə, həmçinin 60 yaşdan yuxarı insanlara vurulsun”.


“The Guardian” qəzeti xatırladıb ki, əvvəllər peyvəndlərin “buster” dozaları 70 və yuxarı yaşda olan insanlar arasında vurulub. Həmçinin oktyabr ayında İspaniyada xərçəng xəstələrini, qocalar evlərinin sakinlərini və əhalinin digər həssas qruplarının nümayəndələrini peyvənd etməyə başlanılıb.