Xəbər - Orxan Nəbiyev – Trend:
İspaniyanın Balear adalarında koronavirusa yoluxduqdan sonra digər insanlarla ünsiyyətdə olmuş şəxs həbs edilib.
AzerTimes-ın məlumatına görə, onun iş yoldaşları və digər şəxslər daxil olmaqla 22 nəfəri yoluxdurduğu müəyyən edilib.
Qeyd olunub ki, həmin şəxs barəsində qəsdən sağlamlığa ziyan vurmaq ittihamı irəli sürülüb.
Onun yoluxdurduğu şəxslər sırasında üç körpə uşağın da olduğu deyilir.