Xəbər - Orxan Nəbiyev – Trend:
İspaniya hökuməti meşə yanğınları ilə əlaqədar 13 muxtar bölgənin ərazisini fəlakət zonası elan edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Nazirlər Şurasının iclasında qərar verilib.
İspaniyada bu il meşə yanğınlarının sayı ötənilki göstəricidən iki dəfə çox olub.
Bu ilin əvvəlindən avqustun ortalarınadək ölkədə 15 iri yanğın qeydə alınıb. Yanğınlar nəticəsində ümumilikdə 46 min hektardan çox meşəlik ərazi məhv olub.